Frida Kahlonun evi hansı sirləri gizlədir?

Frida Kahlo, Koyoakan-da, atası Gilyermo Kahlo-nun evində yaşayırdı. Bu ev 1904-cü ildə, o dövrə xas olan üslubda tikilmişdi. 1981-ci ilin aprelində isə bu ev Frida Kahlonun ev-muzeyinə çevrilmişdir.


Frida Kahlo və Diyeqo Rivera-nın ev muzeyi Le Korbusye tərəfindən dizayn edilmiş memarlıq nümunələridir.

Binanın birinci mərtəbəsi – açıq məkandır. Burada Kahlo-nun yaradıcılıq məkanı yerləşir. Bundan əlavə, əri Diego Rivera, incəsənət əsərlərini saxlamaq üçün studiya tikdi.

Pueblo, Xalisko və Miçoakan-dan gətirilən saxsı əşyalar Kahlo və Riveranın Meksikaya olan sevgisini əks etdirir. Dekorasiya üçün ilbiz qabıqları və çiçək qabları istifadə edilmişdir.

Kahlo və Rivera-nın Mavi Evinin həyəti Meksikaya məxsus bitki və çiçəklərlə bəzədilib. Kahlo təbiəti çox sevirdi: bitkilər yalnız dekorun bir hissəsi deyil, həm də onun ilhamı olmuşdur.

Fridanın evinin memarlığı müəyyən qaydalara tabe olmur. Məsələn, pilləkənlərin tikintisi zamanı beton minimal miqdarda istifadə olunmuşdur. Bu pilləkənlər xüsusi memarlıq dəyərinə malikdir.

Kahlonun külü isə hələ də yataq otağında qil qabda saxlanılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir