Bill Traylorun əsərlərində azadlıq uğrunda mübarizə

20-ci əsrin ən populyar Amerikalı rəssamlardan biri olan Bill Treylor, Alabamada kölə ailəsində anadan olub və Vətəndaş Müharibəsi, Qurtuluş, Yenidənqurma, Afroamerikan şəhər mədəniyyətinin yüksəlməsi kimi bir sıra tarixi hadisələrin şahidi olub. Treylor, vətəndaş hüquqları hərəkatının zirvəyə yüksəlməsini görmədi, ancaq hərəkatın əsasını qoyanlardan biri oldu.

1939-cu ildən bəri Treylor Montqomeri küçələrində yaşadı. Əlinə karandaş və fırça götürən Bill Treylor, siyasi motivləri, öz xatirələrini əks etdirən rəsm əsərləri yaratmağa başladı. Rəssam qeyri-adi geyinən insanların, papaqlı kişilərin, vəhşi heyvanların aydın siluetlərini və müxtəlif mücərrəd formaları təsvir etdi. Rəssamın qayaüstü rəsmləri xatırladan əsərləri, tamaşaçıların şüurunda uzun müddət ərzində qalır.

Treylorun istedadına Montqomeridə yaşayan ağdərili sənətkarlar qrupunun lideri Çarlz Şennon diqqət yetirdi. Çarlz və Treylor 1939-cu ildə dost oldular. Şennon, Treyloru pul və materiallarla da təmin etdi. Daha sonra “Traylor” şousu təşkil edildi, lakin əsərlərin heç biri satılmadı. Müharibə dövründə sənətkarın sponsorluğu dayandırıldı və əsərin çox hissəsi itdi.

Treylorun işləri 1982-ci ildə Washington DC-də “Amerikanın qara xalq incəsənəti” adlı bir sərginin təşkilindən sonra populyar oldu. Bəzi rəsmləri Müasir İncəsənət Muzeyində saxlanılır.

Ümumiyyətlə Bill Treylorun incəsənəti haqqında nə deyə bilərik? Əsl sənətkarlar kimi, müəllif özü üçün əhəmiyyətli olan məsələlərə toxunaraq, digər sənətkarlardan kəskin şəkildə fərqlənən əsərləri yaratdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir