Ənənəvi rəssamlıqdan müassir incəsənətə

Azərbaycan Rəssamlar İttifaqının üzvü Səbinə Şıxlinskaya 26 aprel 1962-ci ildə Bakıda anadan olub. 1990-cı illərdən başlayaraq, Səbinə frqli şəxslərin cəmiyyətlə münasibətlərindəki problemləri araşdıraraq müassir incəsənət istiqamətində onları əks etdirdi. Rəssamlıqdan əlavə Səbinə foto və video ilə də maraqlanır.

Səbinə Şıxlinskaya sənət təhsilini Ə. Əzimzadə adına Dövlət Məktəbində almışdır. Kolleci bitirdikdən sonra rəssam Muxina adına Sankt-Peterburqda Zərif İncəsənət İnstitutuna daxil oldu. Burada monumental rəssamlıq təhsilini aldı. Lakin rəssam diplom işini müdafiə etməkdən imtina etdi, çünki iş Sovet üslubuna və Sovet İttifaqının təbliğatına uyğun olmalı idi. Bu, Bakıya qayıtmağa və doğma şəhərində dəzgah boyakarlığının öyrənməsinə səbəb oldu. Rəssam Azərbaycan Dövlət İncəsənət Universitetinə daxil oldu, lakin burada da diplom işinin müdafiəsi ilə bağlı çətinliklərlə üzləşib. “Novruz Bayramı” adlı əsərində, ənənəni Sovet ideologiyasının mədəni çərçivəsinə zidd olan çılpaq fiqurlardan istifadə olunmuşdur. Lakin bu, rəssamı dayandırmadı və sonradan o, Novruz bayramına həsr olunmuş seriyasını davam etdirdi.

1983-cü ildən başlayaraq sənətkar həm Azərbaycanda, həm də digər ölkələrdə keçirilən beynəlxalq sərgilərdə iştirak etmişdir. 1990-cı illərdən Sabina Şıxlinskaya instalyasiya, video və lent-art kimi istiqamətlərə maraq göstərdi. Səbinənin ən böyük layihələrindən biri “İtirilmiş cənnət” adlı sərgi olmuşdur. Bu layihənin məqsədi – Bakı və Abşeron yarımadasının ətraf mühitinin bütövlüyünü pozan obyektlərin göstərilməsi idi. Rəssamlar Abşeron yarımadasında tapılan müxtəlif əşyaları toplayaraq, onlardan instalyasiyalar yaradıblar. Digər böyük layihə atəşə ibadət etmə prosesini nümayiş etdirən”Neft” adlı instalyasiya olmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir